2016-cı ilin fevral ayı ərzində Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7044 metr qazma işi həyata keçirilib.
Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-fevral aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 16853 metr qazma işi görülüb. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 19% çoxdur.
Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işlərin hamısı istismara aid olub.
Bundan əlavə, fevral ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 5 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Ülviyyə R. Əli
www.oxu.az