Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) “Günəşli” yatağındakı 13-cü özüldən 350 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Oxu.Az SOCAR-ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, layihə dərinliyi 3450 metr olan quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 100 ton neft hasil ediləcək.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.