Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda dələduzluq edən keçmiş müstəntiq saxlanıldı
Bakıda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ələmşah Şükürov tutulub.
Həbs edilən Ələmşah Şükürov sabiq prokurorluq işçisidir. O, 2009-cu ildə prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və “Prokurorluq işçilərinin Etik Davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilib.
Elə həmin il Ə. Şükürov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədildikdə ) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sabiq müstəntiq xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq yararlanmaqla vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub.
Lakin Ə.Şükürova irəli sürülən ittihamlar sübuta yetirilməyib. Məhkəmə qeyd olunan maddələrdə Ə.Şükürova bəraət verib.
Ə.Şükürovu CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edərək, onun barəsində şərti cəza təyin edib və məhkəmə zalından azadlığa buraxılıb.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib