Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.
Dekabrın 15-də ölkənin şimalında, Ukrayna ilə sərhəddə yerləşən Bistritsa şəhərində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildiriblər.
Bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 31-ə çatıb.
Xatırladaq ki, geniş torpaq sahəsinə malik YDM-də Benzin 95 və 98, Dizel Euro 5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Digər YDM-lərdə olduğu kimi, Bistritsadakı məntəqədə də “Nar” kafe fəaliyyət göstərir.
Burada müştərilərə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.
Qeyd edək ki, SOCAR artıq Rumıniyanın 14 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.