Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin aprel ayında Novorossiysk limanından 159 min 599 ton neft ixrac edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 88% çoxdur.
Bu barədə Oxu.Az SOCAR-ın yaydığı hesabata istinadən xəbər verir.
Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 239 min 536 ton neft ixrac edilib, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 53% azdır.
Bundan başqa, aprel ayında Supsa limanından 176 min 598 ton, Ceyhan limanından 1 milyon 112 min 953 ton xam neft ixrac edilib.
Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 239 min 536 ton, Supsa limanından 776 min 198 ton, Ceyhan limanından 5 milyon 741 min 694 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.
Şirkətdən qeyd edilib ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünəməxsus xam neft həcmlərini əks etdirir.
Qeyd edək ki, aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 41,48 dollara, Urals nefti 40,48 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 43,02 dollara satılıb.
Ülviyyə R. Əli
www.oxu.az