Rusiya “Transneft”i yarım il müddətində SOCAR şirkətini Novorossiyska qədər olan neft üçün daha artıq ödəməyə məcbur etmək istəyirdi, sonda endirim etməli oldu və SOCAR ilə praktiki olaraq əvvəlki dövlətlərarası sazişə uyğun olan kommersiya müqaviləsi bağladı.
Oxu.Az xarici KİV-ə (walltra.de) istinadən bildirir ki, RF-nin Tariflər üzrə Federal Xidmət (TFX) Bakı-Novorossiysk kəməri üzrə neftin tranzitinə 1 ton üçün 453,95 rubl tarif təyin etməyi təklif edib, bu isə əvvəlki qiymətdən 15,67 dollar (cari kurs üzrə 559 rubl) aşağıdır.
Cari təklif 19% ucuzdur.
Cümə günü TFX-də qeyd edilib ki, “Transneft” özü bu təkliflə çıxış edib.
Xidmətin fikrinə görə bu “yükötürücünün cəlb edilməsini nəzərə alaraq” neft kəmərinin ötürülməsini təmin etməlidir.
“Transneft”də bu barədə heç bir rəy bildirmədilər.
Bunun neft ötürülməsinin həcminin artırılması ilə əlaqəsi yoxdur. Belə ki, Bakıda Novorossiysk istiqamətində 1,5 milyon tondan artıq neft ötürməyin mümkün olmadığını bildiriblər.
Sazişdə ötürücü, hətta lazımi qədər neft ötürməsə belə ödəmənin yerinə yetirilməsi vacib olduğunu ifadə edən ship-or-pay sisteminin daxil edilməsi barədə məlumat yoxdur.
Bəzi Rusiya ekspertləri fərz edirlər ki, “Transneft” SOCAR endirimləri neft kəmərinin konservasiyası, onun bu vəziyyətdə saxlanılması, eləcə də sonrakı rekonstruksiyası, Novorossiysk istiqamətində 1,5 milyon xammalın ötürülməsindən (“Transneft” sisteminin ümumi neft həcmindən ən azı 0,5% ) baha başa gələ bilərdi.