Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

SOCAR Sloveniyaya qaz təchizatına başlayıb
Sloveniyaya qaz təchizatına başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, qaz təchizatı cari ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan "Geoplin" arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. SOCAR və Geoplin uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Kibercinayətkarlıqdan zərər görənlər ifadə veriblər
- Nazir: "Gələn il Azərbaycan-Sloveniya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunacaq"
- SOCAR İT sistemlərini "Hökumət buludu"na köçürüb
- SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq