Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” mayeləşdirilmiş qazın topdan və pərakəndə satışını həyata keçirmək üçün yeni şirkəti qeydiyyatdan keçirib.
Oxu.Az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
“Youcontrol” portalının məlumatına görə, “SOCAR LPG” MMC 2016-cı ilin iyul ayının əvvəlində Çerkasıda qeydiyyatdan keçirilib.
Şirkət mayeləşdirilmiş qazın topdan və pərakəndə satışını həyata keçirəcək.
Rəsmi olaraq avqustun 1-dən şirkətə Yekaterina Tamrazova rəhbər təyin olunub. O bildirib ki, yeni qurumun yaradılması SOCAR-ın Ukrayna nümayəndəliyinin strukturunda təbii qaz istiqamətinin gücləndirilməsi ilə əlaqədardır.
Xatırladaq ki, Yekaterina Tamrazova SOCAR-ın Ukrayna nümayəndəliyinin strukturunda təbii qaz istiqamətinin gücləndirilməsinə kuratorluq edirdi.