SOCAR Ukraynada daha bir YDM (yanacaqdoldurma məntəqəsi) istifadəyə verib.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Qeyd edək ki, YDM Ukraynanın cənubunda iri sənaye mərkəzi kimi tanınan Nikolayev vilayətində yaradılıb. Bununla SOCAR vilayətdə sayca 7-ci YDM-ni istifadəyə verib.
Məlumat üçün bildirək ki, yeni YDM-də Polşa, Litva, Belarusun aparıcı neft emalı zavodlarında “Avro-5” ekoloji standartlarına uyğun istehsal olunmuş yanacaq - A-92, A-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı və mayeləşdirilmiş qaz reallaşdırılır. Təkərlərin doldurulması, avtomobillərin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təchizatı, avtomobil dayanacağı kimi xidmətlər pulsuzdur.