Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
SOCAR və “Özbəkneftqaz” birgə müəssisənin yaradılmasını nəzərdən keçirir - FOTO
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” şirkəti arasında “SOCAR Trading” birgə müəssisəsinin yaradılması məsələsi nəzərdən keçirilir.
Bu barədə Daşkənddə keçirilən “Özbəkistanın Neft və Qazı - OGU 2023” 25-ci yubiley Beynəlxalq Sərgisi zamanı SOCAR prezidenti Rövşən Nəcəfin başçılıq etdiyi nümayəndə heyətinin “Özbəkneftqaz” şirkəti arasında keçirilən görüşündə bildirilib.
Görüş zamanı “Upstream” və “Downstream” istiqamətlərində əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə “Buxara Neft Emalı Zavodunun modernləşdirilməsi” layihəsində iştiraka, eləcə də həm Özbəkistan, həm də Azərbaycanda yataqlarda birgə işlənməyə xüsusi maraq göstərilib. Eyni zamanda, SOCAR rəhbərliyi görüş zamanı Özbəkistan ərazisində operator kimi xidmət müqavilələrində də iştirak etməyə hazır olduğunu bildirib.
Öz növbəsində, Özbəkistan tərəfi SOCAR nümayəndələrinə şirkətlər arasında potensial əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarına görə təşəkkür edib, həmçinin bərpa olunan enerji sahələrinin ekoloji standartlara uyğun inkişafının vacibliyini vurğulayıb. Bildirilib ki, bu baxımdan bu sahənin inkişafı istiqamətində sıx əməkdaşlıq təklif olunur.
Görüşün nəticəsi olaraq bütün sahələrdə əməkdaşlıq perspektivlərinin daha da öyrənilməsi perspektivləri və bütün birgə layihələrin iş səviyyəsində inkişafının davam etdirilməsi barədə razılıqlar əldə olunub.
Xatırladaq ki, “Özbəkistanın Neft və Qazı - OGU 2023” 25-ci yubiley Beynəlxalq Sərgisi mayın 20-dək öz işini davam etdirəcək.
Mənbə: “Özbəkneftqaz”
"Rövşən Nəcəf" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- Əli Əsədov "Barselona" prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"
- COP29-un Yaşıl Zonasında "Enerji keçidi üçün süni intellektin tətbiqi" adlı tədbir keçirilib
- Yaşıl Zonada SOCAR tərəfindən dəstəklənən "Dayanıqlı İnnovasiyalar Çağırışı" adlı tədbir baş tutub