Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
SOCAR və "Yokogawa Electric" əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Yokogawa Electric" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, sənədə şirkətin prezidenti Rövşən Nəcəfin "Yokogawa Europe B.V."nin prezidenti, eləcə də "Yokogawa Electric Corporation"ın vitse-prezidenti Seita Hagihara ilə keçirdiyi görüşdə imza atılıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq
- Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı
- SOCAR ilə Pakistan şirkətləri arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
- SOCAR "Tamar" layihəsində iştirak payı alıb
- SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır