Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Maltada ATƏT-in Xarici İşlər Nazirlər Şurasının iclası keçirilir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası 5-6 dekabr 2024-cü il tarixlərində Maltanın paytaxtı Valettada keçirilir.
Bu barədə Oxu.Az ATƏT-in saytına istinadən xəbər verir.
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın baş nazirinin müavini, xarici işlər və turizm naziri Yan Borqun dəvəti ilə təşkil olunan tədbirdə ATƏT-in 57 iştirakçı dövlətinin xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulub.
ATƏT-in əsas qərar qəbuledici orqanı kimi, Nazirlər Şurası Avro-Atlantik və Avrasiya regionunda təhlükəsizlik vəziyyətinin nəzərdən keçirilməsi və həlli, təşkilatın fəaliyyətinin bütün sahələrində işinin qiymətləndirilməsi məqsədilə xarici işlər nazirləri üçün əsas platformanı təmin edir.
Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.