Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev düşərgədən ayrılıb.
Bu barədə Oxu.Az-a AFFA-dan məlumat verilib.
Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.
Xatırladaq ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.