Kompleks Qazma İşləri Tresti “Pirallahı-dəniz” yatağındakı 1140 nömrəli meydançadan 1138 nömrəli quyuda qazma işlərinə başlayıb.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 900 metrdir.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 4 ton neft hasil olunacaq.
Gülnarə Zeynalova
www.oxu.az