SOCAR-ın Kulevi Neft Terminalında yeni rezervuar parkı inşa ediləcək.
Bu barədə Oxu.Az-a terminaldan məlumat verilib.
Rezervuar benzin, nafta, karbohidrogen kondensatları, dizel və aviasiya kerosini kimi müxtəlif neft məhsullarının qəbul edilməsi, saxlanması və yüklənməsi, Xəzər dənizi regionundan neft məhsullarının idxalı və ixracı üçün nəzərdə tutulub.
Xatırladaq ki, rezervuarın yük dövriyyəsinin həcmi ildə təqribən 1 milyon 500 min tondur.
Məlumatda göstərilir ki, layihə ümumi həcmi 70 min kubmetr olan 5 rezervuarın tikintisini və 26 dəmir yolu sisterninin eyni vaxtda yüklənib-boşaldılması üçün ikitərəfli dəmir yolu estakadasını nəzərdə tutur.
Qeyd edək ki, bu layihənin icrası terminalın saxlama həcmini xeyli genişləndirəcək və neft xammalı bazarının təkliflərinə daha çevik reaksiya vermək imkanı yaradacaq.