Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

SOFAZ daha beş ton qızıl alacaq
Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) qızıl ehtiyatlarının həcmi 2013-cü ilin sonuna kimi 30 tona çatdırılacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, indiyədək Fond tərəfindən 25 ton qızıl alınıb və ilin sonunadək daha 5 ton qızılın alınması nəzərdə tutulur.
Ş.Mövsümov deyib ki, qızılın baha olması fonunda Fond tərəfindən qızıla investisiya yatırılması fikri düzgün deyil:
“Qızıla investisiyalar strateji xarakter daşıyır. Qızılın qiymətinin dəyişkənliyi Fondu narahat etmir, çünki bu daimi prosesdir. Hazırda hökumətlə birlikdə qızılın alışının davam etdirilməsi barədə müzakirələr gedir”.