Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sumqayıt Kimya Sənaye Parkında yeni rezidentlər
Sumqayıt Kimya Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 35-ə çatıb.
İZİA-dan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, Sənaye Parkına investorların cəlb olunması işləri davam etdirilir. Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bununla da rezidentlərin sayı 35-ə çatıb.
Yeni rezidentlər - “Az-Kom Servis” MMC tullantı yağının təkrar emalı nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və dizel yanacağı, “Neo Project” MMC müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsalı, “Sakuraz Green Energy” MMC isə litium akkumulyatorlarının bərpasını həyata keçirəcək müəssisə inşa edəcək.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- "Bakı Biznes Mərkəzi"nin direktoru işdən çıxıb
- İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb
- Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək
- Azərbaycanda bir dövlət qurumunun elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib