“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (Bakı Limanı) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) arasında anlaşma memorandumu imzalanıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, memorandumun məqsədi Ələt qəsəbəsində limanın və Azad Ticarət Zonasının potensial imkanlarını, eləcə də özəl sektorun iştirakçılarının ticarət zonasının yaradılmasına cəlb edilməsinin imkanlarını öyrənməkdir.
Sənədi ICD-nin rəhbəri Xalid əl-Abudi və dəniz limanının baş direktoru Taleh Ziyadov imzalayıblar.
U.A.
www.oxu.az