Dövlət başçısı İlham Əliyevin ötən gün imzaladığı Bakı limanında azad iqtisadi ticarət zonasının yaradılması barədə sərəncam bizim “HUB” (mərkəz) strategiyamızın əsas tərkib hissəsidir.
Bu sənəd Bakı limanı və onun ətrafında azad zona kimi xüsusi iqtisadi ticarət zonasının yaradılması Bakı limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoymuş olur və bu işə təkan verir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC -nin icraçı direktoru Taleh Ziyadov bildirib.
Onun sözlərinə görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və İqtisadiyyat Nazirliyi ilə birgə qarşıdakı altı ayda beynəlxalq mütəxəssisləri cəlb etməklə, lazımı hüquqi baza hazırlayacaq:
“Ümidvarıq ki, bu zona gələn ildən tam fəaliyyət göstərəcək. Dünyanın Dubay, Honkonq, Sinqapur, Şanxay kimi hənəng nəqliyyat-logistika mərkəzinə çevriləcək”.