İndiki məqamda Ələt dəniz limanında aeroportun açılmasına ehtiyac yoxdur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
“Heydər Əliyev adına havalimanından da beynəlxalq istiqamətdə yüklər daşınır. Gələcəkdə yükdaşıma həcmi kəskin artarsa, aeroportun tikintisi barədə düşünə bilərik. Lakin hazırda Ələtdə hava limanının inşa olunmasına ehtiyac yoxdur”, - deyə T. Ziyadov bildirib.