“Daha sürətli, daha yüksək, daha güclü!” “İmprotex Motors” şirkətinin sərgi-satış salonunda ikinci nəsl tam yeni BMW X1 avtomobili ilə tanış olarkən olimpiya oyunlarının məhz bu şüarı yada düşür.
Yeni BMW X1 avtomobilinin olduqca təsirli zahiri görünüşü həmahəng nisbətlər, güclü siluet və dinamik ban xəttlərinə əsaslanır.
Bu avtomobilin BMW X model ailəsinə məxsus olması ilk baxımdan gözə çarpır. Öz sələfi ilə müqayisədə BMW X1 53 mm daha hündürdür və buna görə də onun salonu daha geniş və rahatdır.
Avtomobilin qabaq oturacaqları 36 mm, arxa oturacaqlar isə 64 mm hündür olduğuna görə daha yüksək oturuş mövqesi yaradır.
Baza təchizat çərçivəsində arxa sərnişinlərin dizlərinin qarşıısndakı sərbəst sahə 37 mm, uzununa yığılan əlavə arxa oturacaq quraşdırmaqla isə həmin sahə 66 mm arta bilər. Yük yerinin həcmi 505 litr olmaqla sələf modeldən 85 litr artıqdır.
Bundan başqa yeni BMW X1 avtomolinə əlavə təchizat kimi qabaq oturacağa yığılan söykənəcək və eninə 13 sm-dək tənzimlənən arxa divan sifariş oluna bilər.
Yeni BMW X1 avtomobilinin dizaynı brendin sürücüyə istiqamətlənmiş ölçülər cihazlar paneli və idarə etmə zamanı parlaq idman təəssüratı yaradan daxili ilə səciyyələnir.
Avtomobilin baza təchizat siyahısına hava kondisioneri, USB və AUX interfeysli səs sistemi və salonun arxa hissəsində quraşdırılmış 6,5 düymlü monitorla iDrive sistemi daxildir.
Şəxsi avtomobilində BMW X1 fərdiliyini daha da artırmaq niyyətində olan müştərilər üçün Advantage, Sport Line, xLine yaxud M Sport seçimləri nəzərdə tutulmuşdur.
Avtomobil üçün iki növ benzin və üç növ dörd silindrli dizel mühərriki təklif olunur. BMW Group-a məxsus bu yeni mühərriklər ailəsi 110 kVt/150 a.g. - 170 kVt/231 a.g. qüvvətə malikdir.
Həmin mühərriklər həmçinin, tam yeni nəsl 6-pilləli mexaniki yaxud 8-pilləli Steptronic tipli sürət ötürmə qutusu ilə təchiz oluna bilər.
Nəhayət, yeni BMW X1 avtomobilin intellektual tam ötürmə xDrive sistemi yenilənmişdir. Yığcam, çəkisinə görə mükəmməlləşdirilmiş və son dərəcədə effektiv bu sistem çox diskli hidravlik muftanın köməyi ilə qabaq və arxa çarxların fırlanma anını hərəkət vəziyyətindən asılı tərzdə yenidən paylaşdırır.
BMW X1 avtomobilində ilk dəfə olaraq proyeksiya displeyi və Driving Assistant Plus idarə etmə köməkçisi tətbiq olunub. BMW ConnectedDrive texnologiyaları daxilində bu modeldə proyeksiya displeyi təmin olunub.
Daha yüksək sinfli BMW X ailə üzvlərində olduğu kimi həmin displey bütün zəruri məlumatları birbaşa qabaq şüşəyə əks etdirir. Bundan başqa indi BMW X1 avtomobili üçün müxtəlif Driving AssistantPlus sürücüyə kömək sistemləri də sifariş etmək olar:
Stop & Go funksiyalı aktiv hərəkətə nəzarət sistemi, yol səthindəki nişanlamanı izləyən sistem, Traffic Jam Assistant tıxaclarda kömək sistemi və həmçinin şəhərdaxili hərəkət zamanı avtomatik tormozlama funksiyalı toqquzma yaxud piyada vurma təhlükəsi haqqında xəbərdar edən sistem və s. Nəhayət müştəriyə ən müasir fərdi məlumat və əylənmə imkanları verən və rahatlığı artıran proqramlar seçimi də təklif olunur.
Qiymətlər: Baza təchizatlı ikinci nəsl BMW X1 avtomobilinin qiyməti 43 000 manatdan başlayır. Tam əlavə təchizatlı model isə sərgi-satış salonda 18% ƏDV və bütün gömrük rüsumları daxil olmaqla 57 000 manata təklif edilir.
Sözsüz ki, şirkət güzəşt sistemi və maraqlı kreditləşmə proqramları da təqdim edir. Avtomobil iki litrlik mühərrik, səkkiz pilləli sürət ötürmə qutusu və xDrive tipli tam ötürmə sistemi ilə təchiz olunur. Həmin xDrive tipli tam ötürmə sistemi isə fırlanma anını və gücü bütün çarxlar arasında səmərəli tərzdə paylaşdıraraq demək olar ki, hər yol səthində avtomobilin mükəmməl sabitliyini təmin edir.