Abşeron-Xızı Regional Təhsil İdarəsi körpələr evi, uşaq bağçaları və ümumtəhsil məktəblərinin binalarının istiliklə təmin olunması üçün satınalma həyata keçirib.
Oxu.Az xəbər verir ki, satınalma bir mənbə metodu ilə həyata keçirilib və icraçı kimi F.H.Abbasova və E.M.Abbasovun tam ortaqlı "Mahmud" Kəndli Fermer Təsərrüfatı (KFT) seçilib.
Bağlanmış müqavilənin ümumi məbləği 1 milyon 606 min 829.28 manat təşkil edir.
Müqavilənin başlama müddəti 28.11.2025-ci il, bitmə tarixi isə 15.04.2026-cı il olaraq göstərilsə də, razılaşmanın detalları barədə məlumat təqdim olunmayıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsi ötən il də bir mənbədən satınalma metodu tətbiq etməklə "Mahmud" KFT ilə 1 milyon 285 min 564.8 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "Mahmud" KFT 16.10.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının Xırdalan şəhəri, qanuni təmsilçisi kimi isə Orxan Bilal oğlu İsmayılov qeyd olunub.