Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tibbi sığorta üzrə yığımlar 46 milyon manata yaxın təşkil edib
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 0,1 milyon manat və ya təxminən 0,05% azalıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 188,2 milyon manatı və ya 74,8%-i qeyri-həyat sığortasının payına düşüb.
“Qeyri-həyat sığortası üzrə yığımların 45,8 milyon manatı (24,3%) tibbi sığortanın,37,8 milyon (20,1%) avtomobillərin icbari sığortasının, 21,2 milyon manatı (11,3%) kasko sığortanın, 18,5 milyon manatı (9,8%) əmlakın yanğından və digər risklərdən sığortasının, 10,5 milyon manatı (5,6%) daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
Bu ilin ilk 7 ayında sığorta bazarındakı ödənişlərin 73,2 milyon manatı qeyri-həyat sığortası hesabına formalaşıb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 6,8 milyon manat çoxdur”, - deyilir məlumatda.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 38,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 35,3 manat olub.
"Tibbi sığorta" teqi üzrə xəbərlər
- Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciətlər sadələşdirildi
- "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik: GÜZƏŞT müddəti uzadıldı
- Əhaliyə ödənişsiz əsaslarla göstərilən tibbi xidmətlərin sayı açıqlandı
- Parlament üç qanunda dəyişikliyi III oxunuşda qəbul edib
- Milli Məclis "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliyi üçüncü oxunuşda təsdiqləyib