Tokioda Azərbaycan Ticarət Evinin yaradılması müzakirə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında məlumat verib.
“Yaponiyanın ölkəmizdəki səfiri cənab Cuniçi Vada ilə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Tokioda Azərbaycan Ticarət Evinin yaradılması barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.