"Binaların enerji səmərəliliyinin artırılması dözümlülüyü, maliyyə baxımından əlçatanlığı və həyat keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, eleketrik tələbatını və tullantıları azaltmaq üçün ən təcili və praktiki imkanlardan biridir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri Nazirliyinin İqlim Dəyişmələri Baş İdarəsinin direktor müavini Tuğba Dinçbaş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində "Hədəflərdən İcraya: Qlobal əməkdaşlıq vasitəsilə iqlimə müsbət binaların inkişafının eürətləndirilməsi" adlı müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu səbəbdən COP sədrliyi enerji baxımından səmərəli binaları öz tikinti işlərinin mərkəzinə qoyur:
"Biz ölçüləbilən hədəflərə uyğun fəaliyyəti təşviq etmək istəyirik. COP sədrliyi 2025-ci ilin baza göstəricisi ilə müqayisədə 2035-ci ilə qədər binaların enerji intensivliyini ən azı 25% azaltmaq kimi qlobal bir hədəf təklif edir.
Eyni zamanda, bizim qlobal fəaliyyət gündəliyimiz 2035-ci ilə qədər ümumi son enerji istehlakında elektrik enerjisinin payını 35%-ə çatdırmağı nəzərdə tutan məqsədini irəli sürür. Bu iki hədəf əslində bir-biri ilə sıx bağlıdır. Enerji səmərəliliyi binalarımızın ehtiyac duyduğu enerji miqdarını azaldır. Elektrikləşdirmə isə istilik, soyutma və s. daxil olmaqla daha çox təmiz və enerji baxımından səmərəli sistemlərlə təmin edilməsinə imkan yaradır".