Türkiyənin iri mobil rabitə operatoru Turkcell bəzi Avropa aktivlərinin, o cümlədən Moldova aktivinin əldə edilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə actualitati.md Investing-ə istinadən bildirib.
Oxu.Az xəbər verir ki, Turkcell rəhbərliyi cümə axşamı “TeliaSonera”nın Qazaxıstan, Azərbaycan, Gürcüstan və Moldovada pay əldə etmək məsələsinə dair strateji və maliyyə məsləhətçisinin təyin ediləcəyini bildirib.
Bu ərəfədə TeliaSonera, “Moldcell”in də daxil olduğu Avrasiya bazarını tərk etmək niyyətini bildriib. Bu qərar TeliaSonera qrupunun Avropa bazarının, o cümlədən də İsveçdə genişləndirilməsinə dair strategiyasının bir hissəsidir.
Şirkətin nümayəndələrinin sözlərinə görə, bu addım səhmlərin satışının bir gecəyə təşkil ediləcəyi və TeliaSonera şirkətinin Avrasiya ölkələrində sahib olduğu biznesin bir gecəyə ləğv ediləcəyi demək deyil. Moldcell də daxil olmaqla iqtisadi agentlərin fəaliyyəti davam edəcək və bu şirkətlər bağlanmayacaq. Şirkətin rəsmi bəyanatında deyilib ki, onlar TeliaSonera strategiyasına müvafiq olaraq başqa qrupların idarəsinə keçəcək.