Azərbaycan öz qonaqpərvərliyi ilə məşhurdur.
Oxu.Az xəbər verir ki, ötən il Stas Mixaylov ilk solo konserti üçün Azərbaycana gəldikdə, ona qızı üçün Azərbaycanın milli geyimi hədiyyə olunub.
Hədiyyənin Stas Mixaylovun atasının, yəni qızn babasının vətənindən gətirildiyinə çox sevinən qız, bu geyimdə “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib.
Xatırladaq ki, oktyabrın 1-də 20:00-da Heydər Əliyev adına sarayda Stas Mixaylovun konserti baş tutacaq.
Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az