Türkiyə bəyan edib ki, ölkə “Qazprom”la qazın qiymətinə güzəştlə bağlı razılığa gələ bilib.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız Ankarada “Turoge-2015” neft-qaz konfransında deyib.
“Güzəştlə bağlı sənədlər hələ imzalanmayıb, lakin bu artıq texniki detallardır. Rusiya ilə danışıqlarda problemlərin olması ilə bağlı söz-söhbətlər əsassızdır”, - deyə nazir bildirib.
Qeyd edək ki, fevralın əvvəlində məlum olub ki, “Qazprom” Türkiyəyə tədarük etdiyi qaza görə 10,25% güzəşt verəcək. Daha sonra KİV məlumat yaydı ki, Türkiyə üçün Rusiya qazının qiymətlərinin aşağı salınması ilə bağlı danışıqlar dalana dirənib.
www.oxu.az