Türkiyəyə “mavi yanacaq” üç ölkədən gəlir: Rusiyadan, İrandan və Azərbaycandan.
Oxu.Az türk KİV-ə istinadən xəbər verir ki, Türkiyə təbii qazı ən ucuz qiymətlərlə Azərbaycandan, ən bahalı qazı isə İrandan alır.
Belə ki, hər min kubmetr Azərbaycandan gələn qaza görə Türkiyə 335 dollar, Rusiya 425 dollar və İran 490 dollar vəsait ödəyir.
Bu baxımdan, türk şirkəti BOTAŞ İran tərəfinə “qaz iddiaları” qaldırıb.
Bu məsələ hətta Beynəlxalq İqtisadi Məhkəməsinə çatıb. BOTAŞ şirkəti tərəfində duran əsas məqsəd odur ki, İran qazının alışında güzəştlər əldə etsin.
Türkiyə mediasında verilən məlumata görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana planlaşdırılan səfəri zamanı bu məsələ hətta ən yüksək səviyyədə müzakirə olunacaq.
Mənbənin sözlərinə görə, Baş nazir R.T.Ərdoğanın İrana səfəri çərçivəsində Türkiyə lehinə bu məsələnin həlli ehtimalı minimaldır, lakin ümumiyyətlə, aydın olub ki, İran tərəfi artıq güzəştlərə getməyə hazırdı.
Gülnarə Zeynalova
www.oxu.az