Türkiyədə ABŞ dollarının məzənnəsi son 6 ayda ilk dəfə 3,50 lirədən aşağı düşüb.
Oxu.Az "Report"-a istinadən xəbər verir ki, dolların məzənnəsinin düşməsinə qlobal valyuta bazarında ABŞ iqtisadiyyatından gələn zəif göstəricilərlə yanaşı, daxili amillər də səbəb olub..
Belə ki, Türkiyədə turizm mövsümünün açılması və Rusiya turistlərinin ötənilki sanksiyalardan sonra yenidən ölkəyə axın etməsi külli miqdarda xarici valyuta girişini təmin edəcək. Müvəqqəti olaraq siyasi və iqtisadi sabitliyin bərpa olunması, dünya iqtisadiyyatı və maliyyə bazarlarında müsbət tendensiyanın yaranması da dolların ucuzlaşmasını sürətləndirir.
Analitiklər hesab edir ki, investorlar bu gözləntiləri uzun zamandır nəzərə alıb və məhz bu səbəbdən dollar/lirə məzənnəsi yanvar ayının 11-də çatdığı 3,94 TRY/USD maksimal səviyyəsindən 11%-dən çox geriləyib.
L.Ə.