Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2017-ci ildə bu ölkəyə gələn turistlərin statistikasını açıqlayıb.
Oxu.Az haberturk-ə istinadən xəbər verir ki, bu ilin 4 ayında Türkiyəyə 89 ölkədən turist gəlib.
Türkiyə turist qismində daha çox Gürcüstan ( 639493), İran (614566), Almaniya (565565), Bolqarıstan (472484), Rusiya (319904), İngiltərə (208413), Azərbaycan (187013), İraq (178190), Ukrayna (158944), Yunanıstan (156749), Səudiyyə Ərəbistanı (126713) vətəndaşlarını qəbul edib.
Qeyd edək ki, qonşu ölkəyə dincəlməyə gedən Azərbaycan vətəndaşlarının sayı 2016-cı illə müqayisədə 30,71 faiz artıb. Türkiyədə istirahət edən ermənilərin statistikasına gəlincə, say 10 540 nəfər (artım 11,97 faiz) olub. 2016-ci ildə isə həmin rəqəm 9 413 nəfər təşkil edib. Bu arada Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması turistlərin sayına da təsir göstərib. Türkiyədə istirahət edən rus turistlərin sayında 229,20 faiz artım baş verib.
L.Ə.