Bu böhran bizə uzun və orta perspektivdə Türkiyənin mütləq qaydada alternativ mənbələrdən istifadə edərək, enerji təhlükəsizliyinin təminatının gücləndirilməsinin vacib olduğunu göstərdi.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Elm, Sənaye, Texnologiya naziri Fikri İşıq Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətini şərh edərək bildirib.
“Baş verən böhranın idarəedilməsi zəruridir. Amma Rusiyanın davranışları onu göstərir ki, bu ölkə iki ölkə arasında gərginliyin yumşaldılmasında maraqlı deyil. Bununla belə, Türkiyə Cümhuriyyəti gərginliyin azalmasında maraqlıdır, eyni münasibəti Rusiyadan da gözləyirik”, - deyə o deyib.
Nazir baş verən gərginliyin yaxın perspektivdə Türkiyə iqtisadiyyatına təsirindən danışarkən qeyd edib ki, Türkiyə ixracının 93%-ni sənaye məhsullları təşkil edir. Amma Rusiya sənaye məhsullarının idxalında hər-hansı məhdudlaşdırma tədbirləri həyata keçirməyib. Ümid edirik ki, bundan sonra da bu baş verməz.
İşıq təbii qaz məsələsində Azərbaycanla aparılan danışıqların ölkə bazarına təsirindən də danışıb.
Nazir ən bədbin senariyə belə hazır olmaq üçün çalışdığını qeyd edərək bildirib ki, ölkə prezidentinin Azərbaycan eləcə də Qətər ilə təbii qaz alışı məsələsində danışıqları enerji təhlükəsizliyimizin təminatında mühüm rol oynayacaq.
O, bununla belə Rusiyanın təbii qaz ixracatında problem yaratmaması və öhdəliklərinə sadiq qalmasının arzu etdiklərini bildirib.
Ülviyyə R. Əli
www.oxu.az