"Türkiyədən Azərbaycana ixracımız son 8 il ərzində 2.2 dəfə artıb. Azərbaycandan idxalımız da həmin dövr ərzində 4.1 dəfə yüksəlib".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib:
"Bu çərçivədə ticarət dövriyyəmiz 2024-cü ildə təxminən 8 milyard ABŞ dolları səviyyəsində reallaşıb. Ticarətimizdəki artım meylinin qorunaraq daha yüksək rəqəmlərə çatması baxımından 2021-ci ildə qüvvəyə minən ölkələrimiz arasındakı Preferensial Ticarət Sazişi də olduqca mühüm rol oynayır".
Mərahim Nəsib