"Bu il Azərbaycanda kənd təsərrüfatı sahəsində haqsız rəqabət halları ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 60-dan çox şikayət daxil olub və onlarla bağlı araşdırmalara başlanılıb".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Agentliyinin sədrinin müşaviri Cəfər Babayev Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində "Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi" adlı paneldə deyib.
O bildirib ki, bu hallar bazara giriş maneələri, qeyri-bərabər rəqabət şərtləri və kommersiya münasibətlərində balansın pozulması ilə bağlıdır:
"Kənd təsərrüfatı ölkənin qida təhlükəsizliyi, məşğulluq və qeyri-neft ixracı baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə bu sektorda tənzimləmələr digər sahələrdən fərqli olaraq daha incə alətlərlə aparılmalıdır".
Mərahim Nəsib