2015-ci ilin dekabr ayında 34 602 nəfər azərbaycanlı Türkiyəyə ziyarət edib. Bu isə 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 23,46% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm nazirliyinin 2015-ci ilin dekabr ayı üçün hazırladığı statistik məlumatda bildirilib.
Qeyd edək ki, nazirlikdən verilən məlumata görə, bir öncəki il, yəni 2014-cü ildə isə bu rəqəm daha çox 45 207 nəfər olub.
Bundan başqa, hesabata görə, 2013-cü ilin dekabr ayında isə 41 554 nəfər azərbaycanlı Türkiyəyə gedib.
Ülviyyə R. Əli
www.oxu.az