Azəri Günel Zeynalova “ATV maqazin onlarla” verilişinə müsahibəsində Seda Sayanla küsülü olduğunu qeyd edib.
Oxu.Az xəbər verir ki, o, musiqiçi atası Rəhman Zeynalovun aparıcı və müğənni Seda Sayana söyüş söydüyünü deyib:
“Seda Sayan bir neçə il əvvəl məni proqramına dəvət etdi. Keçmiş həyatımla bağlı süjet təqdim olundu. Şok oldum. Tamaşaçılara hörmətsizlik etməmək üçün verilişi tərk etmədim. Daha sonra isə “Sarı gəlin” mahnısı haqqında danışanda mənim türk ləhcəsində danışığımı sərt tənqid edərək sözümü kəsdi.
Verilişdən sonra atam Seda Sayana söyüş söydü. Artıq neçə ildir onunla salamlaşmıram”.