3 sayında siz yuxuya gedirsiz. Yeni və əla maşınlar, nəzakətli sürücülər, sifariş rahatlığı - bunlar hamısı şəhərdə ən ucuz qiymətlərlə. Cazibədardır? Əlbəttə!
Amma bu yuxu deyil: “Uber” Bakıda gedişlərin qiymətini 20% endirdi və indi şəhəriçi ən sərfəli nəqliyyat vasitəsidir. Bugündən etibarən “Uber” gediş qiymətləri avtomobilin təqdim edilməsi üçün 0.55 AZN, hər km üçün 0.34 AZN və hər dəqiqə üçün 0.02 AZN-dir və bu “Uber”i şəhərin sakinləri və çoxsaylı qonaqları üçün daha da cazibədar edir. Yeri gəlmişkən, qonaqlar “Uber”dən tez-tez istifadə edir - artıq 54 ölkənin vətəndaşı Azərbaycanda “Uber”dən istifadə edib.
Gedişlərin qiymətlərinin düşməsi yalnız xidmətin effektivliyinin artması nəticəsində mümkün oldu - 2015-ci ilin aprel ayında “Uber”in istifadəyə verilməsi anından bugünə ortalama avtomobil gözləmə vaxtı 8-dən 5 dəqiqəyə kimi endi.
“Uber”də şəhər sakinlərinin, turistlərin və şəhərə işgüzar səfərə gələnlərin ən məhşur marşrutlar üzrə gedişlərdən söhbət açıldı:

Həmçinin şəhərin istənilən yerindən hava limanına gediş və əksinə hava limanından şəhərin istənilən yerinə gediş sadəcə 7 AZN təşkil edir. Daha sərfəli təklif bazarda ümumiyyətlə mövcud deyil!
“Uber” Bakıda nağdsız ödəmələrlə işləyən ilk belə xidmət oldu. Həmçinin sərnişinlər öncədən gedişin qiymətini tətbiq vasitəsilə hesablaya bilərlər. Gedişin hesablanması tamamilə şəffafdır və sürücü ilə qiymət barədə uzun uzun mübahisə etməyə və yaxud da pulun qalığını gözləməyə ehtiyac yoxdur və bunlar nəticəsində hərəkət daha rahat və daha təhlükəsiz olur. Bundan əlavə siz dostlarınızla səyahətlərdə gediş məbləğini aranızda bərabər paylaşaraq daha sərfəli gedişlər edə bilərsiz.
Özünüz yoxlayın və öz təcrübənizi bölüşün!
Tətbiqdən necə istifadə etmək olar?
1. Uber tətbiqini AppStore, GooglePlay və ya Microsoft Storedan yükləyin.

2.Şəxsi məlumatlarınızı daxil edib qeydiyyatdan keçin.

3.Promo kodlar bölməsində BAKU1LOVE promo kodunu əlavə edin və 10 AZN-dək ilk gedişi hədiyyə qazanın.

4.Olduğunuz yeri xəritədə işarələyib avtomobil sifariş edin.

5.Təyinat yerini daxil edin və təxmini vaxtı hesablayın.

*Yalnız yeni istifadəçilər üçün. Son istifadə vaxtı - 30 aprel 2016.