Dünya dövlət strukturlarının və özəl şirkətlərin borcu 100 trilyon dollardan artıq olub.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu haqda məlumatı Beynəlxalq Hesabatlar Bankının (BİS) məlumatına əsasən Bloomberg agentliyi verib.
Xatırladaq ki, Maliyyə Nazirliyindən bu yaxınlarda verilən məlumata görə, 2014-cü ilin əvvəlində Azərbaycanın borcu ÜDM 8,2%-dən artıq deyildi. Dövlət Statistika Komitəsinin məlumatına görə 2013-cü il üçün AR ÜDM 57,7 milyard manat və ya Azərbaycan Mərkəzi Bankının cari məzənnəsi ilə 73,56 milyard dollar idi. Bununla yanaşı Azərbaycanın xarici borcu 6,03 milyard dollardır.
İdarənin məlumatına görə belə borc nominal olaraq 4753,2 milyon manat dəyərləndirilirdi və ölkə digər ölkələrdən fərqli olaraq daha yaxşı mövqedə idi.
“Exo” qəzetinə verdiyi müsahibədə İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlunun sözlərinə görə Azərbaycanın dövlət borcunun ümumi həcmi narahatçılığa səbəb vermir.
“Amma istənilən halda ölkənin dövlət borcları olan sahələr var ki, ora mütləq diqqət yetirmək lazımdır”, deyə Q.İbadoğlu bildirib.
Və nəhayət, ekspert hesab edir ki, ölkənin dövlət borcları haqqında məlumatı dərc etmək lazımdır.
“Hal-hazırda yalnız dövlət borcları haqqında məlumat var. Qeyri-dövlət təşkilatlarının xarici borcları barədə təəssüf ki, məlumat ala bilmirik. Əgər ölkənin bütün borcları haqqında məlumat dərc ediləcəksə, o zaman dolğun təsəvvür yaranacaq, bu isə analitiklərin işini yüngülləşdirəcək”, - Q.İbadoğlu sözünü yekunlaşdırıb.