Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ünvanlı dövlət sosial yardımının təyin olunması proseduru asanlaşdırılır
Ünvanlı dövlət sosial yardımının təyin olunması proseduru asanlaşdırılır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
Vurğulanıb ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim olunmasına bərabər tutulur.
"Ünvanlı sosial yardım" teqi üzrə xəbərlər
- Sosial müavinət "düzəldən"lər nəyə arxalanırlar? - "Yardım" təklif edən şəxslər kifayət qədər çoxdur
- "TikTok" dələduzları yenə İŞ BAŞINDA – Qanunsuz yolla ünvanlı sosial yardım "düzəldən"lər KİMDİR?
- Gələn il ehtiyac meyarı artırılır: Kimlərə sosial yardım veriləcək?
- Sosial yardım nə qədər artırılacaq? - KONKRET RƏQƏMLƏR
- Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi artırılır