Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Dünya çempionatında iştirak edəcək şahmatçılarımızın reytinq sıralaması bəlli olub](https://images.oxu.az/2024/12/09/K9CxEidTHkp3iMFaDrzxwY6VzFDq5MkPDg7PEegZ:1200.jpg)
Dünya çempionatında iştirak edəcək şahmatçılarımızın reytinq sıralaması bəlli olub
Azərbaycan şahmatçıları dekabrın 26-31-də Nyu-Yorkda (ABŞ) keçiriləcək sürətli və blits üzrə dünya çempionatında iştirak edəcəklər.
Oxu.Az xəbər verir ki, yarışda ölkəmizin ən reytinqli təmsilçisi Şəhriyar Məmmədyarov olacaq. O, rapid üzrə 13-cü, blits üzrə isə 22-ci yerdədir. Kişilərin yarışında 186 şahmatçı çıxış edəcək.
Qadınlar arasında isə ən yüksək göstərici rapid üzrə 113 iştirakçı arasında 39-cu, 108 şahmatçının iştirak edəcəyi blitsdə isə 15-ci yerdə olan Günay Məmmədzadədir.
Ümumilikdə kişilər arasında həm rapid, həm də blits üzrə Maqnus Karlsen (Norveç), qadınlar arasında isə Ju Venjun, Tingjye Ley (hər ikisi Çin) liderdirlər.
"Beynəlxalq Şahmat Federasiyası (FIDE)" teqi üzrə xəbərlər
- FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM
- Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının prezidentinin istefasını tələb edib
- 14 yaşlı rusiyalı şahmatçı dünya reytinqində birinci olan norveçlini məğlub edib
- Latviyalı qrosmeyster 12 il müddətinə diskvalifikasiya edildi
- FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib
Rəylər