Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib.
Oxu.Az Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu yeni vəzifəni Rəşad Həbibov icra edəcək.
Hazırda nazirin 9 müşaviri var. Onlar Ələkbər Məmmədov, Riyad Hüseynov, Məhəmməd Sadıqov, Abil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.