Vergilər naziri Fazil Məmmədovun əmri ilə nazirlik yanında 1 saylı Vergilər Departamenti yaradılıb.
Bu barədə Oxu.Az-a nazirlikdən bildiriblər.
“Yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub”,- deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, nazirlikdən bildiriblər ki, yeni Departamentin yaradılmasında məqsəd Azərbaycan prezidenti İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etməkdir.
Ülviyyə R. Əli
www.oxu.az