“Expressbank” vəsaitlərini etibarlı yerdə saxlayaraq artırmaq və üstəlik, əlavə gəlir əldə etmək istəyən şəxslərə “Mücrü” əmanət məhsulunu təklif edir. Müştərilər minimal məbləği 50 AZN/USD olmaqla 12, 24 və ya 36 aylıq müddətinə əmanət yerləşdirərək 15,5%-dək gəlir əldə edə bilərlər.
“Mücrü” əmanət növünün üstünlükləri:
- Əmanət məbləğinin artırılması imkanı;
- Faizləri hər ay götürmək imkanı;
- Hədiyyə olaraq bank kartının təqdim olunması;
- 3-cü şəxsin adına yerləşdirmək imkanı;
- Əmanət əsasında kredit götürmək imkanı.
Operativ xidmət, yüksək faiz dərəcələri və sərfəli şərtlər təklif edən "Expressbank" Sizin etibarlı və sabit gəlir mənbəyinizə çevriləcək. Qeyd edək ki, "Expressbank"da yerləşdirilmiş bütün əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlər çərçivəsində sığortalanır.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə,
www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə
www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
L.Ə.