Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vüqar Bayramov: "2018-2024-cü illərdə müavinət və təqaüdlərdə 5 dəfə artım olub"
Bir neçə gün öncə, cənab Prezidentin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam ilə yeni sosial paketə start verildi. Bu sənəd Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq:
"Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika gələn il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır. Bu Azərbaycanın fiskal gücünü və vətəndaşların rifahının daha da yaxşılaşdırılmasının hər zaman prioritet olduğunu göstərir. Azərbaycan öz müzəffər lideri ilə hələ daha yeni-yeni uğurlara imza atacaq".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanın 2024-cü ildə vəfat edən məşhurları
- Müstəqilliyin Konstitusiya Aktı: Azərbaycanın yol xəritəsi
- Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?
- Vüqar Bayramov: "Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb"
- Sahibə Qafarova: "Azərbaycan qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirəcək"