Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Son iki gündə Sabunçuda pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər SAXLANILIB
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumata verilib.
Bildirilib ki, paytaxtın Sabunçu rayonunda son iki gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
"Pirotexniki vasitələr" teqi üzrə xəbərlər
- Cəlilabadda azyaşlının əlində pirotexniki vasitə partladı: Ağır yaralandı
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 15 nəfər müəyyən olunub
- Bakıda minlərlə pirotexniki vasitə satan şəxs müəyyən edildi
- Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb
- Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 31 nəfər müəyyən olunub
Ən çox oxunanlar
Rəylər