850 min nəfər prezidentin problemli kreditlərlə bağlı fərmanından faydalanacaq.
Oxu.Az-ın məlumatına görə, bunu İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
O bildirib ki, devalvasiya nəticəsində yaranan vəziyyətlə bağlı güzəştlər əhalinin maraqlarını əhatə edir, eyni zamanda, bank sisteminin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
V.Qasımlı əlavə edib ki, ödəniş etmiş şəxslər isə öz vəsaitlərini geri alacaqlar:
“Həm problemli kreditlər məsələsini həll edəcəyik, həm də bankların likvidliyinə nail olacağıq. Bankların üzləşəcəyi açıq valyuta mövqeyilə bağlı problemin qarşısını almaq məqsədilə dollarla ifadə olunan qiymətli kağızlar buraxılacaq. Biz başqa ölkələrdəki təcrübəni də öyrənmişik və əmin olun ki, bu, ən unikal mexanizmdir”.
İlhamə Abdullayeva
Video : İlhamə Kələyeva, Orxan Hüseynzadə