Macarıstanın “Wizz Air” avişirkəti 2015-ci ilin martın 29-dan etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşları bərpa edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Məlumata əsasən, reyslər həftədə iki dəfə həyata keçiriləcək.
Budapeştdən uçuş çərşənbə və bazar günləri saat 23:45-də yerinə yetiriləcək. Təyyarə saat 6:30-da Bakıya enəcək.
Bakıdan uçuş cümə axşamı və bazar ertəsi günləri saat 7:05-də yerinə yetiriləcək. Təyyarə saat 8:10-da Budapeştə enəcək.
Aviabiletlərin qiyməti bir istiqamətə 49.99 avro təşkil edir.
Uçuşlar 2015-ci ilin oktyabrın 21-nə qədər həyata keçiriləcək.
“Wizz Air” şirkəti 2013-cü ilin iyunundan etibarən Budapeştdən Bakıya birbaşa avireyslər həyata keçirməyə başlayıb.