2014-cü ilin dekabr ayı ərzində 2 milyon 684 min 967 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu həcmin 2 milyon 194 min 300 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 milyon 127 min 245 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 262 milyon 271 min 159 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.