Bosniya və Herseqovinanın aparıcı turizm şirkətlərinin təmsilçilərindən ibarət 14 nəfərlik qrup Azərbaycana səfər edəcək.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
“Səfər çərçivəsində qonaqlar Bakı və Abşeron yarımadasının tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar.
Eyni zamanda yerli turizm şirkətlərinin iştirakı ilə Azərbaycanın, Bosniya və Herseqovinanın turizm imkanlarının təqdimatını nəzərdə tutan təlimlərin və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub” - deyə, nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, səfər Mədəniyyət və Turizm Nazirliyinin və Türk Hava Yollarının birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az