“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Xətaidə yeni qazanxana tikintisinin ləngimə səbəbini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, o payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib ki, artıq təklif hazırlanıb:
"Stansiyadan istilik alan yaşayış binaları üçün yeni qazanxana tikintisi ilə bağlı layihələndirmə işləri aparılır. Bizim bu gün xidmət göstərdiyimiz istehlakçılarımızın alternativ istiliktəchizatı üçün təklifləri var. Bu, həmin ərazidə yerləşən mənzillərin məhəllə tipli qazanxanaya çevrilməsidir. Hazırda bununla bağlı layihə hazırlanır və müzakirə edilir".
İlhamə Əbülfət